İran hərbi gəmiləri Bakıya gəlib

İran hərbi gəmiləri Bakıya gəlib
11:32 19 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

İran hərbi gəmiləri Bakı limanına çatıb.

Milli.Az report-a istinadən bildirir ki, "Demavend" minaatan gəmisi və "Çoşun" raket daşıyan gəmisi axır ki, Bakı limanında lövbər sala bilib.
Tanışlıq məqsədi daşıyan səfər çərçivəsində 200 nəfərdən ibarət olan gəmilərin ekipajları Bakıyla tanış olacaq, azərbaycanlı həmkarları ilə görüş keçirəcək, eləcə də Azərbaycan hərbçiləri ilə futbol üzrə yoldaşlıq matçında üz-üzə gələcəklər.
Qeyd edək ki, gəmilər əlverişsiz hava şəraitinə görə, sutkaya yaxın müddətdə limanda lövbər sala bilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR