Səfir: "Azərbaycan iqtisadiyyatda bir sıra islahatlar həyata keçirərək postneft dövrünə keçib"

Səfir: "Azərbaycan iqtisadiyyatda bir sıra islahatlar həyata keçirərək postneft dövrünə keçib"
11:32 19 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "İctimai-siyasi sabitliyin yaradılması və "Əsrin müqaviləsi"nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsinə əsas yaradıb".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Türkiyənin "Daily Sabah" nəşrinə müsahibəsində deyib.
"Azərbaycan iqtisadiyyatda bir sıra islahatlar həyata keçirərək postneft dövrünə keçib", - deyə səfir bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda infrastruktur fəal şəkildə inkişaf edir, şimal-cənub və şərq-qərb beynəlxalq nəqliyyat dəhlizləri inşa edilir, regionlarda aeroportlar və müasir standartlara cavab verən dəniz limanları istifadəyə verilir.
Səfir, həmçinin neft kapitalının insan kapitalına çevrilməsi strategiyası çərçivəsində humanitar sahənin inkişafı istiqamətində böyük səylərin göstərildiyini qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/sefir-azerbaycan-iqtisadiyyatda-bir-sira-islahatlar-heyata-kecirerek-postneft-dovrune-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR