“DeepMind” süni intellekti daha insanların dəstəyinə ehtiyac duymur

“DeepMind” süni intellekti daha insanların dəstəyinə ehtiyac duymur
11:35 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Google” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış “DeepMind” süni intellekti öz-özünə inkişaf etmək üçün daha yaradıcılarının dəstəyinə ehtiyac duymur. Özündə böyük həcmli informasiyanı saxlamaq qabiliyyəti, süni intellektin məntiqi bacarıqlarını, həmçinin neyron şəbəkəsinin məlumatların içindən lazımi fraqmentləri sürətli axtarmaq bacarığını birləşdirən yeni “Differential Neural Computer” (“DNC”) sisteminin süni intellektə tətbiqi nəticəsində belə uğura imza atılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, "bu model neyron şəbəkəsi kimi öyrənmək qabiliyyətinə malikdir, həmçinin kompüter kimi böyük məlumatlar tutumunu saxlaya bilir" – “DeepMind” sisteminin aparıcı istehsalçıları Aleksandr Qreyvs və Qreq Ueyn izah ediblər.

Neyron şəbəkəsi qarşıya qoyulmuş məsələlərin həlli üçün düzgün mərkəzlər stimullaşdırmaq üçün beyin kimi qarşılıqlı qovşaqlar şəbəkəsindən istifadə edir. Süni intellekt ən sürətli və düzgün həlli tapmaq üçün qovşaqların işini optimallaşdırır. Zamanla süni intellekt daha sürətli və düzgün cavabı axtarmaq üçün topladığı təcrübədən istifadə edəcək.

“Google”un istehsalçıları yenilənmiş sistemi sınaqdan keçiriblər. Süni intellektə London şəhərinin yeraltı dəmir yolunun xəritəsini göstəriblər və o, müstəqil əlavə yollar və onlar arasında əlaqələr axtarmağa başlayıb.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43883-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR