Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edəcək
11:37 19 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. 
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul oktyabrın 28-i saat 10:00-da Beyləqan rayon Prokurorluğunun inzibati binasında olacaq.
Görüşdə Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələrinin təşkilini müvafiq rayon prokurorları həyata keçirəcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bas-prokuror-beyleqan-rayonunda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR