Bu kənd təkcə gözəl təbiəti ilə deyil, qəribə adətləri ilə də fərqlənir. Hindistanın turizm məkanlarından biri olan Mavluyong kəndi möhtəşəm təbiətiylə ziyarətçiləri ovsunlayır. Mavluynong əyalətindəki bir kənddə fərqli bir yaşam var: Qadınların hökmran olduğu Hasi tayfası!
Ölkənin şimal-şərqində olan Meghalaya əyalətindəki kənd yalnız möhtəşəm təbiətiylə deyil, eyni zamanda qadınların suveren olduğu Haşi cəmiyyətinin da ana vətəni kimi diqqəti çəkir. Hasi tayfası olduqca fərqlidir. Sadəcə oğlan uşağına sahib ailələr uğursuz sayılır. Berlinli fotoqrafı Karolin Klüppel təxminən doqquz ay yaşadığı bu kəndin fotoşəkillərindən ibarət olan "Mädchenland", yəni "Qızlar Krallığı" adlı bir sənədli sərgi hazırlayıb.
“New York Times” qəzetinin foto bloku "Lens" ə müsahibə verən
Klüppel Hasi cəmiyyətində qız uşaqlarının xüsusi bir yeri olduğunu
bildirib. “Mədəniyyətləri haqqında klassik bir sənədli sərgi etmək
istəmədim” deyən foto sənətçisi məqsədinin Hasi qızlarının özündən
əmin görünüşü və davranışlarını nümayiş etdirmək olduğunu qeyd
etdi. Sənətçinin şəkillərində də qız uşaqlarının özlərindən əmin
davranışları gözdən yayınmır. Dünyanın nadir toplumlarından biri
olan Hasi mədəniyyətində ailənin sərvəti ən kiçik qız uşağına qalır
.Ən maraqlısı budur ki, gənclər evlənəndə bəy gəlinin evinə
yerləşib yaşayır. Uşaq olanda isə ona qadının soyadı verilir.