Deniz Çakır öz sərgisində elə geyindi ki... - fotolar

Deniz Çakır öz sərgisində elə geyindi ki... - fotolar
11:46 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Antaliya Film Festivalı çərçivəsində "Rabarba" sərgisinin açılışı olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa Deniz Çakır və dostu Serdal Güzelin çəkdiyi fotolardan ibarət sərgidə məşhurlar iştirak edib. D.Çakır sərgini 2010-2011-ci illərdə hazırladığını bildirib:

"140-a yaxın dublyaj və səsləndirmə sənətçisinin fotosunu çəkdik ki, xalq gizli qəhrəmanları tanısın. "Yaprak dökümü" serialına çəkildiyim vaxtlardan etibarən çoxlu foto çəkirəm. Sonra rejissor Mesude Arslan fotolarımı bəyəndiyini və bu işi davam etdirməli olduğumu dedi. Mənim də həvəsim artdı".

Hazırda "Eşkiya dünyaya hükümdar olmaz" serialında yer alan aktrisa geyimi ilə də gecənin diqqət çəkən ulduzlarından olub.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR