Bakıda 28 yaşlı gənc bıçaqlanıb

Bakıda 28 yaşlı gənc bıçaqlanıb
11:57 19 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda kafedə bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un xəbərinə görə, Qaraçuxur qəsəbəsində kafedə 1988-ci il təvəllüdlü Piriyev Ruslan Müslüm oğlu tanışı ilə mübahisə edib. Daha sonra onların bu mübahisəsi münaqişəyə çevrilib. Kafedən çölə çıxanda R.Piriyev tanışı ilə əlbəyaxa dava edib. Tanışı R.Piriyevin qarın boşluğuna bir neçə dəfə bıçaq zərbəsi vurub. 
Xəstəxanaya çatdırılan R.Piriyevin vəziyyəti ağırdır.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR