Uğursuzluğun qarabaqara izlədiyi Hadisəyə daha bir zərbə - FOTOLAR

Uğursuzluğun qarabaqara izlədiyi Hadisəyə daha bir zərbə - FOTOLAR
12:18 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Hadisə maddi baxımdan çətin günlər yaşayır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Trendyol” markasının sahibi və “DSM” qrup ilə 4 il əvvəl imzaladığı 500 min avroluq reklam müqaviləsinin şərtlərini pozan Hadisə 250 min avro cərimə ödəməlidir. Bu səbəbdən də müğənninin maddi problemləri olduğu deyilir.

Türkiyə mətbuatının yazdığına görə, “O səs” mahnı müsabiqəsində münsiflər heyətinin üzvü olan Hadisə verilişin çəkilişi vaxtı böyük şok yaşayıb. Belə ki, müğənni gözləmədiyi halda polislər studiyaya gəlib. Proqramına fasilə vermək məcburiyyətində qalan və göz yaşları içində cəza aktını imzalayan Hadisə daha sonra verilişə davam edib.

Baş verənlərə verilişə gələn qonaqlar da şahidlik edib. Bəzi tamaşaçılar Hadisənin qulağındakı sırğa və boyundakı boyunbağının studiyaya qayıdanda üzərində olmadığını iddia edib. Buradan belə nəticə çıxır ki, polislər Hadisənin üzərindəki zinət əşyalarına və pullarını girov alıb.

Qeyd edək ki, Hadisənin ötən yay Bodrumda açdığı "La plaj" istirahət mərkəzi də yaxşı işləmədiyi və borcu olduğu üçün bağlandığı iddia olunur.

Aytən




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR