Bəstəkar polisləri təriflədi

Bəstəkar polisləri təriflədi
12:31 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Bu günlərdə şəhərimizə yağan güclü yağışlardan sonra yaranmış bir sıra çətinliklərin aradan qaldırılmasında Azərbaycan polisinin işlərini gözardı etmək günah olar.

Yaranmış tıxacların aradan qaldırılması üçün polisimiz yağışın altında çalışıb, çətin vəziyyətdə qalan vətəndaşımıza kömək edib".

Axşam.az xəbər verir ki, bu sözləri bəstəkar Ruslan Əhmədoğlu musavat.com saytına açıqlamasında deyib. O bildirib ki, Azərbaycan polisinin xidmətləri əvəz olunmazdır:
 
"Doğrudan da, Azərbaycan polisi xalqının təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Bu çox sevindirici haldır. Bu işdə cənab nazir Ramil Usubovun çox böyük əziyyəti və əməyi var. Cənab nazirlə görüşmək və ünsiyyətdə olmaq 2 dəfə mənə qismət olub.
 
Onun qəbulundan xoş təəssüratla ayrılmışam. Bu gün polislərimizin xalqa bu cür yanaşma ilə xidmət etməsini görüb çox sevinirəm". Qeyd edək ki, R.Əhmədoğlu həm də vəkil kimi fəaliyyət göstərir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR