Yağıntı oktyabrın 25-dək davam edəcək

Yağıntı oktyabrın 25-dək davam edəcək
12:32 19 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək. .
“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 20-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir .
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti,Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var. 

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/yaginti-oktyabrin-25-dek-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR