Azərbaycan və İraq aviasiya administrasiyalarının nümayəndə heyətləri görüşüblər

Azərbaycan və İraq aviasiya administrasiyalarının nümayəndə heyətləri görüşüblər
12:32 19 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikasının aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüş konstruktiv və dostluq şəraitində keçib. Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və Azərbaycan və İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.
İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə tanış olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR