Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
12:37 19 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber gələn həftə Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat veriblər.
H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək və Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcək.
Ermənistan KİV-nin məlumatına görə, Aİ-nin xüsusi nümayəndəsi bu həftə Ermənistana da səfər edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ai-nin-cenubi-qafqaz-uzre-xususi-numayendesi-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR