"Qəbələ"nin Moskva sınağı

"Qəbələ"nin Moskva sınağı
12:52 19 Oktyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Gənclər Liqasında növbəti oyunlar keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən "Qəbələ" Çempionlar yolunun I mərhələsinin cavab oyununa çıxacaq.

"Qırmızı-qaralar" səfərdə Moskva "Dinamo"su ilə görüşəcək. U-19 Liqasının son qalibi olan "Qəbələ" Rusiya çempionu ilə Ximkidəki "Rodina" stadionunda qarşılaşacaq.
 
Qəbələdə keçirilən ilk görüşdə 2 cavabsız qol buraxan Hüseynqulu Quliyevin yetirmələri səfərə mərhələ keçmək arzusu ilə yollanıblar. Bunun üçün "qırmızı-qaralar" ən azı 3 qol vurmalı, matçı penaltilər seriyasına daşımaq üçün isə 2 dəfə fərqlənməlidirlər.

Qeyd edək ki, "Dinamo" - "Qəbələ" cütünün qalibi II mərhələdə "Makkabi" (Hayfa, İsrail) - "Şaxtyor" (Belarus) matçının qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda israillilər 5:0 hesablı ev qələbəsi qazanıblar.
 
Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
19 oktyabr
19:00. "Dinamo" (Moskva, Rusiya) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Dumitru Muntyanu
Baş hakimin köməkçiləri: Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)
Ximki. "Rodina" stadionu
İlk oyun - 2:0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR