Zığda tuneli su basdı, yol bağlandı

Zığda tuneli su basdı, yol bağlandı
13:12 19 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 17-dən paytaxta yağan güclü yağış şəhərin bir sıra ərazilərində nəqliyyatın hərəkətinə çətinliklər yaratdı.

Milli.Az publika.az-a istinadən bildirir ki, yağıntının gətirdiyi problem indi, demək olar, əksər yerlərdə həllini tapıb.
Lakin Zığ qəsəbəsindəki yeraltı avtomobil keçidi artıq iki gündən çoxdur ki, su altında qalıb. Belə ki, drenaj şəbəkəsinin olmaması onu keçilməz edib. Burada yığılıb qalmış suyun dərinliyi çox olduğundan sürücülər alternativ yollardan istifadə etməyə məcbur olurlar.
Suyun dərinliyi burada bir neçə avtomobilin xarab olmasına səbəb olub.
"Su yarım metrdən çoxdur, maşın oraya girən kimi mühərrik sönür. Buna görə də həmin yoldan istifadə edə bilmirik", - deyə sürücülər bildirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR