Fəxrəddin Manafov efirə çıxmamasının səbəbini açıqladı

Fəxrəddin Manafov efirə çıxmamasının səbəbini açıqladı
13:17 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fəxrəddin Manafov efirlərə çıxmamasının səbəbini açıqlayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Lider" telekanalında yayımlanan "Tezdən oyan" verilişinə açıqlamasında bildirib ki, bu, kaprizdən irəli gəlmir:

"Hər zaman müsahibə verməyə imkan olmur. İşlər çoxdur. Nə yaxşıdır ki, iş çoxdur, efirə az çıxırıq. Mən kaprizlərə görə efirə çıxmamazlıq etmirəm. Vaxt və məni maraqlandıran mövzular, səbəblər olmur".

F.Manafov "Sizcə, "Təhminə" kimi bir film var?" sualına belə cavab verib:

"30 ildən çox zaman keçib. İllər ötdükcə başqa tələblər, ritmlər yaranır. Məhəbbət öz ritmində qalır. Əlbəttə, hamının həyatında məhəbbət olub, ondan əl çəkə bilmir. Mən 62 yaşına qədəm qoymuş bir yaşlıyam".

Aktyor sevilməyinin sirrini açıqlayıb: 

"Bir şeyi dəqiq deyim ki, çox səmimi adamam, bəlkə, ona görə. Səmimi olmaq lazımdır, başqa heç nə".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/480978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR