ATƏT XİNŞ-in bu il keçiriləcək iclasının tarixi və yeri məlum olub

ATƏT XİNŞ-in bu il keçiriləcək iclasının tarixi və yeri məlum olub
13:22 19 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 23-cü iclası bu il dekabr ayının 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək.
"Report" xəbər verir ki, iclasa ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer rəhbərlik edəcək.
Qeyd edək ki, ATƏT XİNŞ hər ilin sonunda iclas keçirir. İclasın gedişində təşkilat məkanında ən aktual məsələlər nəzərdən keçirilir.
Onu da əlavə edək ki, gələn il yanvarın 1-dən təşkilatda sədrlik Almaniyadan Avstriyaya keçəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/atet-xi-ns-in-bu-il-kecirilecek-iclasinin-tarixi-ve-yeri-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR