Napolidə türk jurnalistlərə silahlı hücum oldu

Napolidə türk jurnalistlərə silahlı hücum oldu
13:42 19 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

ÇL-nın 3-cü turuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.

Milli.Az milliyet-ə istinadən bildirir ki, Napolidə üz-üzə gələcək eyni adlı şəhərin komandası ilə son Türkiyə çempionu "Beşiktaş"ın oyununa saatlar qalmış xoşagəlməz olay baş verib.

Belə ki, ötən gecə Napolidə otelə gedən iki türk idman jurnalisti qəflətən 5-6 bıçaqlı şəxsin hücumuna məruz qalıb. Jurnalistlərin olaydan xəsarətsiz yaxa qurtardıqları deyilir.

Elə həmin saatlarda Napolinin bəzi küçələrində yerli azarkeşlərlə "Beşiktaş"lı azarkeşlər arasında da dava düşdüyü haqda məlumatlar yayılmaqdadır.

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR