Bakıda qızların çoxu niyə bu yaşda evlənir?

Bakıda qızların çoxu niyə bu yaşda evlənir?
13:57 19 Oktyabr 2016
235 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda reproduktiv dövrdə qızların 30%-i, yəni hər 3-cü qız ailə qurmur"..

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kefedrasının müdiri Elmira Əliyeva deyib. 

Onun sözlərinə görə, qızların gec ailə qurması ana ölümü riskini artırır: "Bakıda qızlar əsasən 30 yaşdan sonra ailə qururlar. Lakin bilməliyik ki, 35 yaşında ailə quran qızın xroniki xəstəliklərə meyilliliyi artır. Nəticədə həmin qadınların hamiləlik dövrü, hamiləlik patologiyaları və qeysəriyyə riski artır. Qızların gec ərə getməsi reproduktiv sağlamlığa təsir edən amildir. Qız nə qədər gec ailə qurarsa, bu qrupda ailə quran qadınların ana ölümlərinin riski artır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR