İslam dininə lağ edən idmançı MƏSCİDƏ GETDİ - FOTO

İslam dininə lağ edən idmançı MƏSCİDƏ GETDİ - FOTO
14:03 19 Oktyabr 2016
153 İdman
Ölkə mətbuatı
A- A+

Britaniyalı gimnast Luis Smitin İslam dininə lağ etməsi ilə bağlı xəbər vermişdik. Bundan sonra başına gələnlərdən peşman olan Smit müsəlmanlardan üzr də istəmişdi.

İslam dininə lağ edən idmançının BAŞINA NƏLƏR GƏLDİ? - FOTO/VİDEO

Sonradan Smit sosial şəbəkə vasitəsiylə üzrxahlıq etsə də, artıq gec idi.

Publika.az xəbər verir ki, İslam dininə lağ edən həmin Smit bu dəfə nümunəvi addım atıb. Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı Londonda təşkil olunan mükafatlandırma mərasiminə qatılmaq əvəzinə məscidə gedib:

“Müsəlman cəmiyyətinin dəvətini qəbul edib məscidə getməyi üstün tutdum. İslam dini haqda daha çox məlumat toplamaq istəyirdim. Elədiyim səhvə görə hələ də özümü günahkar hiss edirdim. Gördüm ki, müsəlmanlar olduqca alicənab, mərddirlər. Dəvətə görə, onlara təşəkkür edirəm”.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR