Məşhur azərbaycanlı riyaziyyatçı dünyasını dəyişdi

Məşhur azərbaycanlı riyaziyyatçı dünyasını dəyişdi
14:05 19 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyaca tanınmış azərbaycanlı riyaziyyatçı, Rusiyada və Türkiyədə məşhur universitetlərdə dərs deyən professor Afət Fətullayev 54 yaşında dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadən bildirir ki, həmyerlimiz son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkirdi. Türkiyə Başkənt Universitetində Afət Fətullayevin ölümü ilə bağlı bir sıra tədbirlər keçirilib. Həmkarları və tələbələri onun haqqında xatirələrini danışarkən göz yaşlarını saxlaya bilməyiblər. Bu barədə Türkiyə mətbuatında da məlumatlar dərc edilib.
 
Qeyd edək ki, professor Başkənt Universitetində Riyaziyyat bölməsinin rəhbəri olub. Dünyada isə həmyerlimizi daha çox Afət Qolayoğlu kimi tanıyırdılar.
 
Afət Fətullayev Qolay oğlu 1962-ci il aprelin 10-da Füzuli rayonunda anadan olub, 1978-ci ildə fizika-riyaziyyat təmayüllü liseyi fərqlənmə diplomu ilə bitirərək, Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olub. Universiteti fərqlənmə ilə bitirdikdən sonra elə oradaca aspiranturanı oxuyub. 42 yaşında artıq professor elmi adını qazanıb.
 
1992-ci ildə Bakı Dövlət Universitetində 1 il çalışıb. Sonra isə Türkiyədə İzmit şəhəri Koceli Universitetində dərs deyib. Daha sonra Başkənt Universitetinə dəvət edilib və 2000-ci ildən orada çalışıb.
 
Bildirək ki, professor Bakıda dəfn ediləcək. Onun ən məşhur məqalələri ilə http://tbf.baskent.edu.tr/kw/ozgecmis.php?id=4901 bu link vasitəsilə tanış ola bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR