İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar - FOTO

İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar - FOTO
14:12 19 Oktyabr 2016
142 Dünya
Ölkə mətbuatı
A- A+

45 min hərbçinin iştirakı ilə başlanan Mosul əməliyyatı çərçivəsində 20-dən artıq kənd və qəsəbə terrorçulardan azad edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, hazırda şəhər mərkəzini ordudan 10 kilometr məsafə ayırır.
 
İraq ordusunun bu uğurlu addımı İŞİD-çiləri qorxuya salıb. Təşkilatın komandirləri ailə üzvləri ilə birgə Suriyaya qaçır, sıravi terrorçular isə müxtəlif gizli yollarla şəhəri tərk edirlər.
 
Dünən isə peşmərgə hərbçiləri qadın paltarında şəhərdən çıxmağa çalışan İŞİD-çiləri yaxalayıblar.
 
Əbu Məhəmməd adlı iraqlı "Qardian" qəzetinə açıqlamasında terrorçuların daha çox mülki əhali ilə birgə şəhəri tərk etdiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR