“Kara Sevda”-nın növbəti seriyasında Kamal və Nihan üz-üzə! - VİDEO

“Kara Sevda”-nın növbəti seriyasında Kamal və Nihan üz-üzə! - VİDEO
14:48 19 Oktyabr 2016
167 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün axşam “Star tv”-də “Kara Sevda” serialının 40-cı bölümü yayımlanacaq.

Yeni seriyada filmin baş qəhrəmanları Nihanla Kamal üz-üzə gələcək.

“Kara Sevda” serialında bu həftə vəziyyət çox qarışacaq. Kamalla Əmirin bir-birinə qarşı hazırladığı zərbələr yenə də davam edəcək. Kamalın məharətlə hazırladığı planların Əmiri diz çökdürə biləcəyi isə məlum deyil.

Kamal həbsxanadan çıxdığı gündən bəri Kozcuoğlunu çökdürməyi qarşısına məqsəd qoyub. Bunun üçün onun iki hədəf nöqtəsi var: Biri, Əmirin nüfuzu, digəri Nihana qardaşının intiharında əli olmadığını sübut etmək və özünü təmizə çıxartmaq. Kamal hədəflərinə çatmaq üçün Əmiri çox qəribə üsulla təqib etməyə başlayır. Əmir də Kamalın qarşısını kəsmək üçün yeni üsullar fikirləşir.

Nihan isə heç gözləmədiyi bir anda qardaşının ölümü haqqında onu tərəddüd içində qoyan məktub alır. Bu məktub Nihanın bütün baxışını dəyişdirir. Bununla da Kamal ilə Nihan təkrar üz-üzə gələcək. Ozanın ölümü ilə bağlı önəmli dəlil Nihanla Kamalı təkrar bir araya gətirəcək. Kamalın vicdanının rahat olması isə Nihanın ona olan etibarına dərindən təsir edir.

Nihan ərinin əsarətindən xilas olmaq üçün ona sürpriz doğum günü ziyafəti təşkil edir. Doğum gününün olduğu gecə Kamal dəvətsiz qonaq kimi Kozcuoğlu evinə daxil olur. Nihan ilə Kamal üz-üzə gələndə hisslərinin hesabatını verməyə başlayır. Bu, onların üçün çox çətin sınaq olacaq.

Bu seriyada Aslı və Tufanın da münasibətləri pisləşəcək. Aslı onunla bir daha görüşməməyə qərar verəcək. Bu qərarın əzəvini Tufan Əmirin sürpriz doğum günündə çıxmaq istəyəcək. Bir sözlə, Əmirin doğum günündə bir çox düyünlərin açılma ehtimalı yüksəkdir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/172725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR