Bakıda avtomobillərdən oğurluq edən şəxs
saxlanılıb.
Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, 20 yaşlı
gənc paytaxtətrafı kənd və qəsəbələrdə müxtəlif markalı
avtomobillərdən akkumulyator oğurladığını etiraf edib.
Məlumata görə, hadisəni törədən Sabirabad rayon sakini 20 yaşlı
Fərid Nəsirli Xəzər Rayon Polis İdarəsinə (RPİ) aparılıb. O
istintaqa ifadəsində bildirib ki, son bir ay ərzində Xəzər
rayonunun Talışlar məhəlləsi, Südçülük sovxozu, Mərdəkan
qəsəbəsindən əsasən "VAZ 2106" , "VAZ 2107" markalı avtomobillərə
məxsus 8 ədəd akkumulyator oğurlayıb. F.Nəsirli qarət zamanı yalnız
dəmir parçasından istifadə edib. Əvvəllər iki dəfə məhkum olunan
gənc istintaqa ifadəsində əvvəlki məhkumluq müddətində tam islah
olunmadığını deyib. Buna görə də o, "tam islah olunmaq" üçün 5 və
ya 6 il həbsdə qalmaq istədiyini söyləyib: "Məhz buna görə də
oğurluq əməllərini törətdim.
Oğurluqlar etdim ki, azı beş il həbs cəzası alıb "içəridə" islah
olunum", - deyə, Nəsirli istintaqa ifadəsində əlavə edib.
Qeyd edək ki, F.Nəsirlinin anası xərçəng xəsətəliyindən əziyyət
çəkdiyi üçün Türkiyədə müalicə olunur. Atası isə Rusiya
Federasiyasında yaşayır. F.Nəsirlinin ailəsi ondan oğurluq əməlləri
törətdiyi üçün üz döndərib. (Report.az)