Hakimliyə tələblər dəyişdirilir

Hakimliyə tələblər dəyişdirilir
15:03 19 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məhkəmə hakimi vəzifəsini tutma ilə bağlı qaydalarda və tələblərdə dəyişiklik edilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 93 (Hakim vəzifəsinə namizədlərə aid tələblər) və 93-3-cü (Hakim vəzifəsinə namizədlərin seçilməsi) maddələrinə əlavə və dəyişiklik təklif olunur.

Maddə 93-ə təklif edilən əlavə və dəyişikliyə görə, “hakim adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilmiş” sözləri çıxarılır, əvəzinə “barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş” sözləri əlavə edilir.

Maddə 93-3-ə təklif olunan əlavədə isə bildirilir ki, “Bu qanunun 96-cı (Hakimlərin səlahiyyət müddəti) maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanda iştirak edə bilməzlər”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR