Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub

Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub
15:24 19 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. “Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.

 

Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR