ABŞ-ın ikinci adamı türk olacaq? - Gizli yazışma

ABŞ-ın ikinci adamı türk olacaq? - Gizli yazışma
15:37 19 Oktyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

"Vikiliks" saytı ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonun vitse-prezident postuna hazırladığı namizəd siyahısını yayımlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, 39 namizəd arasında türk əsilli iş adamı, Koka-Kola şirkətinin prezidenti Muxtar Kent də var.
 
Klintonun təbliğat direktoru Con Podestaya məxsus elektron poçtda Kentin vitse-prezident postuna ən iddialı namizəd olduğu qeyd edilib.
 
Siyahıdakı namizədlər arasında "Maykrasoft"un qurucusu Bill Qeyts və həyat yoldaşı Melinda Geyts, "Əpl" şirkətinin idarə heyətinin sədri Tim Kuk, Nyu Yorkun keçmiş meri Maykl Blumberq, "Starbəks" şirkətinin rəhbəri Hovard Şultz və "General Motors"un rəhbəri Meri Barranın da adı var.
 
Klinton "Vikiliks"in yaydığı sənədlərə münasibət bildirməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR