"Fənərbağça" klubunu aparan təyyarə Macarıstana məcburi eniş edib

"Fənərbağça" klubunu aparan təyyarə Macarıstana məcburi eniş edib
15:37 19 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turunda İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq Türkiyə "Fənərbağça"sı insidentlə üzləşib. "Report"un məlumatına görə, İstanbul təmsilçisini Mançesterə aparan təyyarənin, havada ikən ön şüşəsinə quş çırpılıb.
Bu səbəbdən, təyyarə hava məkanında olduğu Macarıstanın paytaxtı Budapeşt aeroportuna məcburi eniş edib. İstanbuldan ikinci təyyarənin Budapeştə gedərək komandanı Mançesterə aparacağı bildirilib.
Qeyd edək ki, sabah keçiriləcək "Mançester Yunayted" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fenerbagca-klubunu-aparan-teyyare-macaristana-mecburi-enis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR