"Fənərbaxça"nın təyyarəsində problem - FOTO

"Fənərbaxça"nın təyyarəsində problem -   FOTO
15:47 19 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq “Fənərbaxça” İngiltərəyə yola düşüb. Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi səfər zamanı ciddi problemlə üzləşib.

 

Belə ki, komandanı İngiltərəyə aparan təyyarə Macarıstanın paytaxtı Budapeştə məcburi eniş edib. Buna səbəb pilot kabinəsinə quşun çırpılması olub. Kabinə təmir edildikdən sonra təyyarə yenidən yola düşəcək. Klub prezidenti Əziz Yıldırımın da yer aldığı hava gəmisi hazırda Budapeştdə təmirin başa çatmasını gözləyir.

 

Qeyd edək ki, “Mançester Yunayted” – “Fənərbaxça” matçı sabah baş tutacaq.


Fanat.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR