Radikalların "siyasi məhbus" oyunu - Deputat onları ifşa etdi

Radikalların "siyasi məhbus" oyunu - Deputat onları ifşa etdi
15:52 19 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bir qrup qondarma "hüquq müdafiəçisi" guya ölkədə siyasi məhbusların olduğunu iddia edərək yeni siyahı hazırlayıb. Siyahıda 94 nəfərin adı "siyasi məhbus" kimi təqdim edilib. 

Milli.Az azvision.az-a istinadən bildirir ki, hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə hesab edir ki, belə siyahıların hazırlamasının arxasında müəyyən siyasi maraqlar, xarici dairlər durur: "Bəzi xarici qüvvələr Azərbaycan dövlətinə təzyiqin müxtəlif yollarını fikirləşirlər. Bu yollardan biri də insan haqlarını pozulması, "siyasi məhbus"ların mövcudluğu ilə bağlıdır. Xatırladım ki, oktyabrın 20-21-də Cenevrədə BMT-nin İnsan Haqları Komitəsi tərəfindən Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçiriləcək. Müzakirələr öncəsi içimizdən olan bəzi insanlar vasitəsilə belə siyahıları hazırlatdıraraq, Azərbaycan hökumətinə təzyiq etməyə çalışırlar. Ancaq fikirləşib, tapdıqları yol boş və mənasızdır". 

Millət vəkilinin sözlərinə görə, "hüquq müdafiəçiləri" dəxlisiz şəxsləri "siyasi məhbus" siyahısına salmaqla onların işini yüngülləşdirmir, əksinə ağırlaşdırırlar: "Bu adamlar bilir ki, təzyiq yolu ilə Azərbaycanda nə isə etmək mümkün deyil. Əgər kimsə əmindirsə, Əlinin, Vəlinin prosessual hüquqları istintaqda, məhkəmədə pozulubsa, belə adamların adlarını götürərək, digər həmkarlarımla birlikdə işçi qrupunda müzakirə etməyə hazıram. Amma 94 nəfərlik siyahını hazırlayanlar bunu müəyyən maraqlar çəçivəsində edirlər ki, bu da yolverilməzdir. 
Hesab edirəm ki, bu siyahıda adları çəkilən şəxslərin əməllərində cinayət tərkibinin olması şübhə doğurmur. Ona görə də bu gün yaramaz və yalnış yol tutaraq, siyahılar hazırlamaqla öz şəxsi maraqlarını gələcəkdə təmin etmək istəyən "hüquq müdafiəçiləri", "QHT-çilər" və siyasi partiyalara bağlı olan insanlar bu yoldan çəkinməlidirlər. Hüquqları azacıqda olsa pozulan insanların problemlərinin həlli dialoq yolu ilə mümkündür". 

Ç.Qənizadə bildirib ki, indiyə qədər beynəlxalq təşkilatlar və Avropa Şurası "siyasi məhbus" sözünün mənasının, belə siyahıların hansı kriteriyalara əsasən tanındığını normal şəkildə tapıb, ortaya qoya bilməyib: "Təəssüf ki, illərdir bu istiqamətdə söhbətlər gedir. Azərbaycanvə digər dövlətlər tələb edirlər ki, "siyasi məhbus"ları hansı kriteriyalara əsasən müəyyən etdiklərini açıqlasınlar. Təəssüf ki, bu günə qədər məsələ açıq qalır və beynəlxalq təşkilatlar hansı dövlətlərdə "siyasi məhbus" görmək istəyirsə, göndərilən siyahılara "hə" deyirlər. Bu isə siyasi və digər maraqlardan irəli gəlir. 

Biz hüquq müdafiəçiləri olaraq Avropa Şurasında olarkən dəfələrlə bu məsələləri qabartmışıq ki, kriteriyalar nədirsə, deyin biz də toplayaq. Amma, Azərbaycanda problemli məhbuslarla bağlı işçı qrupu var. Azərbaycan prezidenti İlham Əliyev fəaliyyəti dayanmış işçi qrupunun işini davam etdirməsinə Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla razılaşmaqla yenidən rəvac verdi. İşçi qrupunda aparılan araşdırmalar zamanı məlum olur ki, müəyyən istintaq, məhkəmə zamanı prosessual hüququ pozulan adamlar ola bilər və onların məsələsi müzakirəyə çıxarıla bilər". 

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövlət olaraq "siyasi məhbus" anlamını qəbul etmir: "Hesab edirəm ki, mövqeyimiz haqlıdır. Bəzən Azərbaycanda qüvvədə olan qanunları pozan şəxslər hansısa ictimai təşkilatların üzvüdürsə, o, dərhal "siyasi" olur. Hakimiyyətədə olub, cinayət törətmiş adamlar var ki, onlar "siyasi məhbus" siyahısına düşmürlər. Bu hal ona görə baş vermir ki, bu adamların fəaliyyəti ictimai və müxalifətlə bağlı deyil. 

Bəzi adamlar Akif Çovdarovu da "siyasi məhbus" adlandırsalar, təəccüblənmərəm. Niyə? Çünki belə siyahıları hazırlayanların böyük əksəriyyəti ya xaricin xoşuna gəlmək, ya da hansısa layihələri reallaşdırmaq üçün maliyyə dəstəyi almaq məqsədilə edirlər. Xatırlayıram ki, İşçi qrupunda müzakirələr zamanı belə bir fakt tapdıq ki, "siyasi məhbus" siyahısına salınan adam Yevlaxda narkotik satışına görə iki dəfə həbs olunub. Bu baxımdan o siyahını hazırlayanların özlərinin savadı, cəmiyyətdə yeri və bu siyahını hazırlamaq bacarığını müzakirə etmək lazımdır ki, bunlar kimlərdir, qanunu, hüququ bilirlərmi? Azərbaycanda biri qanunvericiliyin tələblərini pozur, biri mühasibatlığı, biri ehtiyatsızlıqdan, biri bilərəkdən cinayət törədir. Dərhal isə bu siyasiləşir. Belə hallar yolverilməzdir". 

Deputat bir daha Azərbaycanda siyasi məhbusun olmadığını bəyan edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02