ADB “Şahdəniz-2” üzrə layihə menecerini dəyişib

ADB “Şahdəniz-2” üzrə layihə menecerini dəyişib
15:57 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) “Azərbaycanın "Şahdəniz" qaz yatağının genişləndirilməsi Layihəsi”ndəki meneceri dəyişib. Bu barədə məlumatı “Report”a ADB-nin Bakıdakı ofisindən də təsdiq ediblər.
Məlumata görə, Bankın adıçəkilən layihə üzrə meneceri xanım Meqan Volfu (Megan Wolf) Roland Pladet əvəz edib.
Qeyd edək ki, Asiya İnkişaf Bankının (ADB) çoxtranşlı maliyyələşmə (MFF) çərçivəsində Cənub Qaz Dəhlizi (SGC), o cümlədən "Şahdəniz-2" (Azərbaycanın "Şahdəniz" qaz yatağının genişləndirilməsi layihəsi) layihələrini maliyyələşdirilməsini təklif edib.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/adb-sahdeniz-2-uzre-layihe-menecerini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR