Keçmiş məhkumu boğub öldürənlər məhkəmə qarşısında

Keçmiş məhkumu boğub öldürənlər məhkəmə qarşısında
16:17 19 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən İmran Bədirov Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Milli.Az Trend-ə istnadən bildirir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası oktyabrın 28-nə təyin edilib.

İttihama görə, bu il iyun ayının 24-də Qusarın Kuzun-qışlaq kəndində Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR