PAOK klubu "Qarabağ"la oyun üçün Bakıya gəlib

PAOK klubu "Qarabağ"la oyun üçün Bakıya gəlib
16:32 19 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq Yunanıstan PAOK-u çarter reysi ilə Bakıya gəlib. "Report"un məlumatına görə, Saloniki komandası Heydər Əliyev Beynəlxalq Hava Limanından "Hilton" otelinə yollanıb.
PAOK bu axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Hazırlıq prosesindən əvvəl baş məşqçi Vladimir İviç və müdafiəçi Stelios Malezas mətbuat konfransı keçirəcək.  












Xəbərin orijinal ünvanı: http://report.az/futbol/paok-klubu-qarabag-la-oyun-ucun-bakiya-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR