Yağışdan sonra Tofiq Bəhramov stadionunda VƏZİYYƏT - Sabah "Qarabağ"- PAOK oynayır

Yağışdan sonra Tofiq Bəhramov stadionunda VƏZİYYƏT - Sabah "Qarabağ"- PAOK oynayır
16:42 19 Oktyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda Yunanıstan PAOK klubunu qəbul edəcək. Bununla əlaqədar son günlər paytaxtda yağan aramsız yağışların stadionun ot örtüyünə zərər vurması ehtimalı gündəmə gətirilib. 

Məsələ ilə bağlı stadionun direktoru Şamil Quliyevla əlaqə saxladıq.

Milli.Az xbər verir ki, aznews.az-a danışan stadion rəhbəri mərkəzin "Qarabağ"- PAOK oyununa tam hazır olduğunu deyib: "Düzdür, bir müddət idi ki, ot örtüyü təmirə bağlanmışdı. İndi isə stadiounun ot örtüyü tam hazır vəziyyətə gətirilib. O ki qaldı yağışlara, yeni ot örtüyünə ziyan dəyməyib. Stadion "Qarabağ"- PAOK oyununa hazır vəziyyətdədir". 

Qeyd edək ki, "Qarabağ"- PAOK oyunu oktyabrın 20-də keçiriləcək və saat 21:00-da start götürəcək. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR