Əvəz Zeynallı Fəxri xiyabanı ziyarət edib - FOTO

Əvəz Zeynallı Fəxri xiyabanı ziyarət edib - FOTO
16:12 5 Yanvar 2015
162 Sosial
Ölkə mətbuatı
A- A+

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bu barədə APA-ya Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

O bildirib ki, Ə. Zeynallı Şəhidlər xiyabanında 20 Yanvar şəhidləri İlham və Fərizənin məzarlarını ziyarət edib: “Bundan sonra Əvəz Zeynallı Fəxri xiyabanda olub, Şıxəli Qurbanovun, Həsən bəy Zərdabinin, Heydər Əliyevin, Zərifə Əliyevanın, Seyid Cəfər Pişəvərinin, Əbülfəz Elçibəyin məzarlarını ziyarət edib” .

Vəkil Qurban Məmmədov isə özünün Facebook səhifəsində hüquqlarını qoruyan beynəlxalq təşkilatlara, jurnalistlərə, prezident İlham Əliyevə təşəkkür edib. "Hörmətli Prezident İlham Əliyevin əfv sərəncamı ilə haqqı pozulan bizlərin hüququnun, gec də olsa, bərpa edilməsini yüksək dəyərləndirir, "çox sağ ol" deyir və bu addımı milli barışıq, milli birlik istiqamətində atılan addım kimi qiymətləndirirəm", - deyə Q. Məmmədov səhifəsində yazıb.

Qeyd edək ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il, Qurban Məmmədov isə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hər iki şəxs Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR