Azərbaycandan vergi borcuna görə xaricə çıxması qadağan edilənlərin sayı 1 000-i keçib

Azərbaycandan vergi borcuna görə xaricə çıxması qadağan edilənlərin sayı 1 000-i keçib
17:37 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin sayı 9 nəfər artaraq 618-ə çatıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 1 nəfər artıb və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 991-dən 1001-ə çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycandan-vergi-borcuna-gore-cixmasi-qadagan-edilenlerin-sayi-1000-i-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR