Səidə Sultan od püskürdü: “Yanımda yekəbaşlıq edib...”

Səidə Sultan od püskürdü: “Yanımda yekəbaşlıq edib...”
17:48 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Sultan qalmaqallıstatusla diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, Səidə “İnstagram” səhifəsində ad çəkmədən kimlərinsə ünvanına daş atıb.

Ürəyi dolu olan müğənni od püskürüb:

“Dövrümüzün bəzi insanları elə pis murdarlaşıblar ki, hər kəs öz keçmişini unudur. Yekə-yekə danışır. Özlərini elə aparırlar ki, elə bil bunları tanıyan-bilən yoxdur. Mən bu gün kiməsə rişxənd etmək istəsəm, birinci addımda özümə baxaram. Amma kim yanımda yekəbaşlıq edib, özünü göstərmək istəsə, onu yerində oturtmağı bacaran insanam. Hər kəs birinci növbədə özünü tanımalıdır. Bu gün də şou-biznesin bəzi nümayəndələri böyük-böyük danışırlar. Əxlaqdan, tərbiyədən, ailədən, ərindən, ərsizliyindən, namusundan. Görəsən fikirləşmirlər ki, məni tanyırlar? İstəyir ki, çıxıb yadına salasan. Çoxları da özlərini xalqa banan yoxdu kimi satırlar. Ayılın da... Bəsdirin artistlik etdiniz. Hamı hamını gözəl tanıyır. Kim hansı məzhəbə qulluq edir, nə edir. Bir az özümüz olmagi bacaraq! Kiməsə dil uzadanda birinci öz ayıbımızı görməyi bacaraq. Bu, tək şou-biznesdəkilərə yox, bütün insanlara aiddir. Dövran elə dəyişib ki, düzü əyirlər. Düzü əyən kimdir? Bax, belə özündən xəbəri olmayan insanlar”.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR