Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb
17:52 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra vəzifələrə işçi qəbulu elan edib. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, vakansiyalar qurumun Hüquq və icraat, Sığorta bazarına nəzarət departamentlərində, Strateji təhlil və risklərin idarə edilməsi, İnformasiya texnologiyaları, Prudensial siyasət və metodologiya, Xarici nəzarət, Daxili nəzarət idarələrində, Təminat və satınalmalar, daxili audit sektorlarındadır.
Palatada işləmək istəyənlər öz CV-lərini bu gündən etibarən bir ay ərzində hr@fmsa.az elektron poçt ünvanına göndərə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR