Azərbaycan XİN başçısı: "Bəzi dövlətlər qanunsuz şəkildə digər dövlətlərin daxili işlərinə qarışmağı özlərinin “vəzifəsi” hesab edirlər"

Azərbaycan XİN başçısı: "Bəzi dövlətlər qanunsuz şəkildə digər dövlətlərin daxili işlərinə qarışmağı özlərinin “vəzifəsi” hesab edirlər"
18:07 19 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Təəssüflər olsun ki, əsası Vestfaliya sistemindən irəli gələn dövlətlərin suverenlik prinsipi anarxiya xarakteri daşıyan müasir beynəlxalq münasibətlərdə davamlı pozulma və kənar müdaxilələr obyekti olmaqdadır".
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Elmar MəmmədyarovAzərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasında xarici siyasət strategiyasının həlledici roluna dair məqaləsində bildirib.
XİN başçısı qeyd edib ki, bəzi dövlətlər qanunsuz şəkildə özlərini bərabərhüquqlu dövlətlər içərisində “daha üstün” hesab etməyə çalışaraq digər dövlətlərin daxili işlərinə qarışmağı özlərinin “vəzifəsi” hesab edirlər. Onun fikrincə, nəticə etibarilə, bəzi ənənəvi dövlətlərin gələcək taleyini, suverenliyi və vahidliyini ciddi şəkildə təhdid edən proseslər cərəyan edir, onlar beynəlxalq hüququn subyektindən onun obyektinə çevrilir və yeni münaqişə ocaqları yaranır: "Azərbaycan xalqı bugünkü müstəqilliyi bərpa etmək üçün çoxsaylı qurbanlar verib və xalqımız illər boyu bu müstəqilliyin intizarında olub. Ona görə də Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi və onun gələcək nəsillərə ərməğan edilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Biz suveren bərabərlik prinsipindən çıxış edərək digər dövlətlərin suverenliyinə hörmətlə yanaşırıq, daxili işlərə qarışmırıq və özümüzə münasibətdə də bu cür yanaşmanı tələb edirik".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-xi-n-bascisi-bezi-dovletler-qanunsuz-sekilde-diger-dovletlerin-daxili-islerine-qarismagi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR