Bacısını öldürmək istəyən qardaşın məhkəməsi başladı

Bacısını öldürmək istəyən qardaşın məhkəməsi başladı
18:12 19 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Ramin Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası oktyabrın 26-na təyin edilib.

İttihama görə, Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü R.Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramilə Əhmədovaya bıçaqla çoxsaylı xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR