Həsən Ruhani İlham Əliyevə məktub ünvanladı

Həsən Ruhani İlham Əliyevə məktub ünvanladı
18:12 19 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə İran İslam Respublikası dövləti və xalqı adından Zati-alinizi və eləcə də bütün Azərbaycan Respublikası xalqını ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən çox-çox şad olduğumu bildirirəm. Tam əminəm ki, iki ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlanan dost və qardaş ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcəkdir.

Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikası xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR