Əfsanəvi futbolçu vergidən imtina etdi

Əfsanəvi futbolçu vergidən imtina etdi
18:38 19 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Dünya futboluna adını qızıl hərflərlə yazdıran əfsanəvi Dieqo Armando Maradona İtaliya hökumətinə olan borcunu hələ də ödəməyib.

Publika.az xəbər verir ki, argentinalı dahi borcu ödəmək fikrində də deyil.

Onun 1980-ci illərdə İtaliyada yaşadığı zaman 40 milyon avroluq vergi borcu yığılıb. Argentinalı isə yerli mətbuata açıqlamasında bu pulu ödəmək fikrində olmadığını bildirib: “Onlara heç nə vermək fikrim yoxdur. Artıq 25 ildir ki, vergi ödənişlərindən yayındığım üçün məndən 40 milyondan çox pul istəyirlər. Bütün cərimələr və borclar isə çoxdan silinib”.

Qeyd edək ki, Maradona 1984-1991-ci illərdə İtaliyada “Napoli”nin formasını geyinib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR