Bakıda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bakıda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
18:47 19 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun 61-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, 1951-ci il təvəllüdlü Sahib Sadıqov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir arakəsməyə çırpılıb. 
Nəticədə sərnişinlər - 1990-cı il təvəllüdlü Saniyyə Sadıq qızı Sadıqova, 59 yaşlı Nisə Sadıqova və sürücü Sahib Sadıqov ağır bədən xəsarətlər ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan hər üç şəxs bir ailənin üzvləridirlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-yol-qezasinda-bir-ailenin-uc-uzvu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR