Azərbaycan müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016"da iştirak edir

Azərbaycan müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016"da iştirak edir
19:27 19 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiya Respublikasına səfəri çərçivəsində bu ölkənin müdafiə, daxili işlər, xarici işlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016"da iştirak edir.
Nazirlikdən "Report"a verilən məlumata görə, 60 ölkədən 1200-dən artıq nümayəndənin iştirak etdiyi sərgidə Çexiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Avstraliya, Norveç, İsrail və bir sıra digər ölkələrin hərbi sənaye kompleksinə daxil olan 200-dən artıq şirkətin hərbi təyinatlı məhsulları nümayiş etdirilir.
Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyəti həmin şirkətlərin istehsal etdiyi məhsullar ilə tanış edilərək onların təyinatları barədə ətraflı məlumatlandırılıb.



Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycan-mudafie-naziri-beynelxalq-gelecek-quvveler-sergisi-2016-da-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR