Jerar Depardye üzr istədi

Jerar Depardye üzr istədi
20:17 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiya vətəndaşı olan fransız əsilli aktyor Jerar Depardye Antalya Film Festivalına gələ bilməyib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 68 yaşlı aktyor festivalda "Həyat boyu uğur" mükafatı alacaqdı.

Depardye Antalyaya gələ bilmədiyi üçün üzr mesajı yayımlayıb və təşkilatçılara təşəkkür edib:

"Məndən asılı olmayan səbəblərdən ötrü gələ bilmədim. Məni bu mükafata layiq görən hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, təşkilatçılar mükafatı aktyora 2017-ci ildə təqdim etməyi qərara alıblar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR