Qlazqo Universitetinin mütəxəssisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Qlazqo Universitetinin mütəxəssisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
20:52 19 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın Qlazqo Universitetinin dil xidmətləri üzrə koordinatoru Julie McAdam Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BBMM-in icraçı direktoru Azad Məmmədov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu bildirərək hazırda dünyanın 20, Azərbaycanın 28 aparıcı ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu, mütəmadi olaraq beynəlxalq multikulturalizm yay/qış məktəblərinin təşkil edildiyini, xaricdə Mərkəzin filiallarının fəaliyyət göstərdiyini, multikulturalizmin təbliği və təşviqi istiqamətində regional və beynəlxalq layihələr həyata keçirdiyini vurğulayıb.
Julie McAdam təmsil etdiyi universitet haqqında ətraflı məlumat verərək bu ali təhsil ocağının dünyanın ən nüfuzlu universitetləri siyahısında yer aldığını qeyd edib.
Görüşdə həmçinin BBMM ilə Qlazqo Universitetinin Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı gələcək əməkdaşlığı yönündə ilkin müzakirələr aparılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/qlazqo-universitetinin-mutexessisi-baki-beynelxalq-multikulturalizm-merkezinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR