Nur Yerlitaş xəstəxanadan çıxdı

Nur Yerlitaş xəstəxanadan çıxdı
21:21 19 Oktyabr 2016
286 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, türk modelyer Nur Yerlitaş 10 gün öncə sinə kiçiltmə əməliyyatı üçün getdiyi xəstəxanada döş xərçəngi olduğunu öyrənmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, erkən diaqnoz qoyulduğu üçün xəstəliyin qarşısını almaq mümkün olub.

Modelyerin çətin günlərində dostları və sənət dünyasının tanınmış simaları onu yalnız buraxmayıblar.

N.Yerlitaş xəstəxana çıxışında ona dəstək olan hər kəsə təşəkkür edir və qadınların özünü yoxlatması üçün məsləhət verib.

Meneceri Stelyo Pipis məlumat verib ki, modelyerin həyati təhlükəsi yoxdur və 1 həftə sonra normal həyatına davam edəcək.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR