Pentaqon: İŞİD Mosulda mülki sakinlərdən canlı sipər kimi istifadə edə bilər

Pentaqon: İŞİD Mosulda mülki sakinlərdən canlı sipər kimi istifadə edə bilər
22:07 19 Oktyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Pentaqon İŞİD-in İraqın Mosul şəhərində mülki sakinlərdən canlı sipər kimi istifadə etməsindən ehtiyatlanır.
"Report" "DW" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndəsi Ceff Devis bildirib.
O, qeyd edib ki, terror qruplaşması İraq ordusunun və beynəlxalq koalisiyanın Mosulda əməliyyatlara başladığı gündən mülki sakinlərə şəhəri tərk etməyə icazə verməyib.
Devisin sözlərinə görə, terrorçular insanların iradəsinə zidd olaraq onları şəhərdə saxlayır və ehtimal ki, sakinlərdən canlı sipər kimi istifadə edirlər. O həmçinin qeyd edib ki, İŞİD şəhərin azad olunması uğrunda əməliyyatın başlanğıcından sonra heç nə dəyişməyib. Sakinlərin Mosulu tərk edib-etməmələri barədə məlumat yoxdur.
Amerika hərbçiləri habelə İŞİD-in kimyəvi silahlardan istifadə etməsindən şübhələnirlər. Ordu nümayəndəsinin sözlərinə görə, hərbçilər şəhər ətrafında İŞİD-in istifadə etdiyi silahların mərmilərini, gilizlərini yığırlar.
Qeyd edək ki, hazırda Mosulda 1,5 milyon əhali yaşayır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR