Biznesmeni dərmanlı tortla yuxuya verib soydular

Biznesmeni dərmanlı tortla yuxuya verib soydular
22:31 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində bir uşaq anası 26 yaşlı Mələk Nehir adlı qadın  “Whatsapp”da tanış olduğu biznesmen M.A-nın ofisinə gedib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, öncədən içinə yuxu dərmanı qoyduğu tortu da özü ilə aparıb.

İş adamı tortu yeyəndən sonra yuxuya gedib. Mələk atası Ş.B və dostları S.G ilə A.G-ni ofisə çağırıb. Mütəşəkkil qrup ofisdəki 20 min lirə (təxminən 10 min manat) pul, 1 milyon lirəlik çek və silahı götürərək qaçıblar.

Yuxudan ayılanda başına gələnləri anlayan biznesmen, hadisə barədə polisə məlumat verib. Polis axtarışlardan sonra 4 nəfəri də saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR