Məktəbdə Üzeyirin mahnısını oxuyan şagird cəzalandırılıb - video

22:41 19 Oktyabr 2016
109 Şou
Ölkə mətbuatı
A- A+

Orta məktəblərin birində müəllim şagirdin gündəliyinə qəribə qeyd yazıb.

Axşam.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, şagird musiqi dərsində Üzeyir Mehdizadə kimi tanınan müğənninin mahnısını oxuduğu üçün şagirdi cəzalandırdığını bildirib.

Valideyn sosial şəbəkələrdə gündəliyin şəklini paylaşandan sonra isə ciddi müzakirələrə səbəb olub.

Təhsil məsəsələri üzrə ekspert Əjdər Ağayev bildirir ki, müəllimlər gündəlik vasitəsi ilə valideynlərə öz fikirlərini çatdıra bilər. Lakin çalışmaq lazımdır ki, gündəlikdə şagirdləri ruhlandıran fikirlər yazılsın.

Əjdər Ağayev hesab edir ki, müəllimlər gündəliklə işləmə qaydalarını daha yaxından öyrənməlidir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR