Müğənni Qırmızı meydanda soyundu

Müğənni Qırmızı meydanda soyundu
22:44 19 Oktyabr 2016
304 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyalı opera müğənnisi Anna Azerli (Anna Mariya Bartolini) Moskvada Qırmızı meydanda soyunub.

 

“Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, 35 yaşlı sənətçi bu addımı Rusiya prezidenti Vladimir Putinə olan sevgisinə görə atdığını bildirib.

 

Onun sözlərinə görə, Putinlə ilk dəfə 7 il öncə Drezdendə verdiyi konsertdə görüşüb. O zamandan etibarən onda Putinə qarşı böyük məhəbbət yaranıb. Sənətçi hətta prezidentlə ailə quraraq birinci ledi olmaq istəyir. O, bu addımı ilə həm də ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına etiraz edib.

 

“Xahiş edirəm, öz prezidentinizi qoruyun. O, dünyada ən yaxşı liderdir. Çox insan istərdi ki, Putin onların prezidenti olsun. Hamı bu haqda danışır. Sizsə belə bir xoşbəxtliyə sahibsiniz”, - A. Azerli Rusiya vətəndaşlarına müraciətində söyləyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR